azia.az
azia.az

Qadının yumurtalığından 25 kilo şiş çıxarıldı - Ağlasığmaz əməliyyat

18-10-2019, 12:10

Qadının yumurtalığından 25 kilo şiş çıxarıldı - Ağlasığmaz əməliyyat
Rusiya həkimləri əməliyyat zamanı qadının yumurtalığından 25 kiloqram ağırlığında şiş çıxarıb. Teleqraf.com xəbər verir ki, Moskvada Şəhər Klinik Xəstəxanasında 59 yaşlı qadının yumurtalığından şiş çıxarıldıqdan sonra xəstəxananın baş həkimi Dmitri Aryutin rəqs edib.Xəstə qarın ağrısı və nəfəs almada problemlər səbəbindən xəstəxanaya gətirilib. Müayinə zamanı onun yumurtalığında şiş olduğu aşkar edilib. Təcili əməliyyat otağına aparılan qadından çıxarılan şişin xoş xassəli olduğu müəyyən edilib. Əməliyyatdan sonra qadın özünü yaxşı hiss edib və hazırda müalicəsi davam edir.Xəstəxananın açıqlamasında isə bildirilir ki, bu, ilk hadisə deyil və bənzər hallarla rastlaşmaq mümkündür.Qeyd edək ki, 2018-ci ilin mayında ABŞ-da 38 yaşlı qadının yumurtalığından 60 kiloqram şiş çıxarılmış və bu əməliyyatda 20 həkim iştirak etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi