Koronavirusa yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin
Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar.
Xəbər verilir ki, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.
Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.
Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.
Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.
Sputnik Azərbaycan