ABŞ alimləri müəyyən ediblər ki, mobil texnologiyalar uşaqların inkişafına təsir göstərir.
İKT.lent.az-ın "Rueconomics.ru" saytına istinadən verdiyi məlumata görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, uşaqların elektron cihazlarla həddən çox maraqlanması bir sıra problemlərə gətirib çıxara bilər.
Tədqiqat çərçivəsində mütəxəssislər Çjen Yana və Lennart Hardell cihazların uşaqlara, həmçinin onların valideynlərinə təsiri ilə bağlı məsələlərə aid çoxsaylı elmi məqalələri təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, smartfonlardan həddindən artıq istifadə edilməsi uşağın beyninin inkişafına və idrakının nəzarətinə mənfi təsir göstərir.