azia.az
azia.az

5-ci dalğa məktəblərdən başlayacaq: Təhlükə bu dəfə müəllimlərə yox, uşaqlaradır

15-09-2021, 08:41

Rusiya əyalətlərində artıq xəstəxanalara azyaşlı xəstələr daxil olur və onların arasında vəziyyəti orta ağır olanlar da var.
5-ci dalğa məktəblərdən başlayacaq: Təhlükə bu dəfə müəllimlərə yox, uşaqlaradır
Virusoloqlar təcili olaraq effektiv uşaq vaksininə ehtiyac olduğunu bildirirlər. Virusoloqlar yaxın zamanda 4-cü dalğanın olub-olmayacağı barədə təzadlı fikirlər səsləndirirlər. Əsas risk təhsil müəssisələrinin açılması ilə bağlıdır.

Ötən il birinci-ikinci dalğada 90% ölkələrdə təhsil onlayn idi. İndi isə peyvənd olunmuş müəllimlərlə vaksin olunmayan şagird ordusu toqquşacaq. Biologiya elmləri üzrə professor Sergey Netesov 4-cü dalğanın məhz bu səbəbdən olacağını bildirib. "Distant təhsil özünü doğrultmadı, dünya risklərə rəğmən əyani təhsilə keçir. Bu, çox riskli vəziyyətdir. Uşaqları heç kim peyvəndləmir,“Delta” ştammı isə hətta 5 yaşlı uşaqlara da keçir.

Uşaqlar koronavirusdan qorunmağı bilmir, maska taxmayacaqlar, sosial məsafə yoxdur. İndidən hesablamaq belə çətindir ki, yoluxma hansı masştabda olacaq. Əgər peyvəndləmə zəifdirsə, müəllim və şagirdlər maska taxmayacaqsa, dərslər başlayandan 2 həftə sonra növbəti dalğa qaçılmazdır. Yeganə yol 2 doza vaksin olunub, sinifdə maska taxmaqdır. Amma bu dəfə də uşaqlar arasında yoluxma hallarının artacağını görə bilərik. Ona görə də yeni tədris ili müəllimlərdən çox, uşaqlar üçün təhlükəli olacaq".

Azərbaycanda sentyabrın 22- si orta ümumtəhsil məktəbləri, 29- u isə universitetlər yeni tədris ilinə əyani formada başlayacaq. Pandemiyanın yaradacağı təhlükə hər kəsi düşündürür və distant təhsili yenidən gündəmə gətirir. Payız dalğası məktəb və universitetlərdən başlaya bilərmi?

Mövzu ilə bağlı Cebhe.info- ya infeksionist Vüqar Cavadzadə danışıb. Həkim bu mövsümdə məktəblərdə virusun yayılacağını istisna etmir:


5-ci dalğa məktəblərdən başlayacaq: Təhlükə bu dəfə müəllimlərə yox, uşaqlaradır


“Pandemiya dövrünü yaşayırıq. Bu halda, növbəti dəfə virusun çoxalması müşahidə edilə bilər. Bir ildən çoxdur ki, pandemiya şəraitində yaşayırıq. Həmin vaxtda virusun artıb- azalması dövrləri müşahidə edilib. Həmişə görürük ki, virus artır, 2 ay fasilədən, yəni yoluxmaların kəskin şəkildə azalmasından sonra yenidən eyni artım maşahidə edilir”.

İnfeksionist deyib ki, havaların soyuması, insanların bununla bağlı qapalı məkanlarda daha çox vaxt keçirməsi immun sistemini aşağı salır:

“Payız-qış mövsümündə kifayət qədər vitamin, zülalların qəbul edilməməsi də immun sisteminin aşağı düşməsinə səbəb olur. Bu da əlbəttə ki, yoluxma rəqəmlərinin artmasına gətirib çıxara bilər”.

Vüqar Cavadzadənin fikrincə, Azərbaycanda məktəb və universitetlərin ənənəvi formada tədrisi davam etdirməsi yoluxmanın artmasına təsir edəcək:

“Ümumi olaraq məktəblərdə qapanma deyil, hansısa sinifdə virus aşkar edilibsə, həmin sinifi iki həftəlik onlayn tədrisə keçirtmək olar”.

İnfeksionist hesab edir ki, məktəbin qapanmasından öncə, ilkin mərhələdə virus aşkarlanan sinif qapadılmalıdır:

“Əgər virusun uşaqlar arasında kütləvi yayılması müşahidə olunarsa, məktəbi qapatmaq olar. Burda təcrübə də öz sözünü deyir. Bəzi məktəblərdə müəyyən siniflərdə yoluxma oldu, buna görə həmin siniflər distant tədrisə keçidi. Virus məktəbin digər şagirdlərinə yayılmadı və məktəbin ümumi iş prinsipnə təsir etmədi. Burada epidemik müşahidə aparmaq lazımdır. Əgər yoluxma yüksəkdirsə, məktəbi bağlamaqdan söhbət gedə bilər”.

Şəlalə Babayeva
Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi