Ruhəngiz Bəşirovanın Beyləqanbaş həkim təyin edilmsi narazılıq yaratdı - Adı rüşvət və korrupsiyada hallanan, barəsində cinayət işi açılan...
Doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla, onlara ayrılan müavinətləri mənimsəməkdə və bir çox qanunsuz əməllərdə ittiham olunan Nürəngiz Bəşirova məlum “kirişa”sı vasitəsi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Adı müxtəlif cinayətlərdə gedən Ruhəngiz Bəşirovanı TƏBİB-in rəhbəri Ramil Bayramlı Beyləqan rayon Mərkəzi xəstəxanansının baş həkimi vəzifəsinə təyin etməsi etirazlara səbəb olub. Adı törətdiyi cinayət xarakterli əməllərə görə, mətbuatın gündəmindən düşməyən Nürəngiz Bəşirovanın baş həkim təyinatı Xocavəndlə yanaşı Beyləqan əhalisində böyük narazılıq yaradıb.
Qeyd edək ki, Nürəngiz Bəşirova yol verdiyi ciddi nöqsanlara görə 2 dəfə Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. Bundan əlavə, 2005-ci ildə Nürəngiz Bəşirovaya qarşı Ağcabədi Rayon Prokurorluğunda Xocavənd rayon xəstəxanasının bir neçə əməkdaşı ilə bərabər cinayət işi açıb. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi.
4 il öncə isə yol verdiyi ciddi nöqsanlara görə ikinci dəfə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılan Nürəngiz Bəşirova 2 ildən sonra yenidən işinə bərpa olub. Yol verdiyi ciddi nöqsanlara görə haqqında cinayət işi açılan və iki dəfə vəzifədən çıxan Nürəngiz Bəşirovanın təkrar baş həkim vəzifəsinə təyin olunmasını əhali Xocavənd RİH başçısı ilə bağlayır…
Nürəngiz Bəşirovanın Beyləqan xəstəxanasına təyinatı yenedə heç nəyi dəyişə bilməyib. Rayon sakinlərinin Prezident Adminstrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və digər qurumlara fasiləsiz olaraq, baş həkimin Beyləqan rayon mərkəzi xəstaxanasında yaratdığı özbaşınalıqdan da ardıcıl şikayət etməsilə izah olunur.
Bəşirovanın yaxınlarından birinin GUNinfo.az-a verdiyi məlumata, Nürəngiz xanım Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə təyin edilməsi üçün külli miqdarda “xərc çəkdiyi” deyib.
TƏBİB-in bu qalmaqallı təyinatı necə şərh edəcəyi isə maraq doğurur. Çünki hər bir beyləqanlı bu gün sual edir: Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramil Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib, Beyləqana RMX direktor təyin etdi?!.. Bəşirovanın Beyləqan Xəstəxanasında müxtəlif vəzifələrə götürdüyü yüzə yaxın insanların doxsan faizindən 2500-3000 manat civarında rüşvət alması indi rayonda dillər əzbəridir…
Cənab Prezidentin ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə həyata keçirdiyi hazırkı məqamda TƏBİB-in rəhbəri R. Bayramlının adı rüşvət və korrupsiyada hallanan Xocavənd rayon Mərkəzi xəstəxanasının baş həkim Nurəngiz Bəşirovanı heç bir əlaqəsi olmayan Beyləqan rayonuna baş həkim təyin etməsi olduqca ciddi mətləbdən xəbər verir…
Beyləqan rayon sakini, tanınmış bloger Anar Hüseynov isə R. Bəşirovanı həbisdə olmaq əvəzinə kürsünü zəbt etməkdə, insan ölümünə səbəb olmada və digər qanunsuz əməllərdə ittiham edib.
Ətraflı video müraciətdə: