Bu qadağalar qüvvəyə mindi - SİYAHI
Nazirlər Kabinetinin qərarına əsasən, sabahdan etibarən - 1 sentyabrdan dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələrində, bütün elm və təhsil müəssisələrində COVID pasportu tələb olunacaq.
Qərarda həmçinin qeyd edilir ki, 1 sentyabrdan ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.
Bundan əlavə, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində - kafe, restoran və s.
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində.
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı isə aşağıdakı kimidir:
1. Kommunal sahə üzrə:
- elektrik enerjisi, qaz, istilik ilə təchizat;
- su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
- tullantıların yığılması, emalı və məhv edilməsi.
2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
- dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
- liman xidmətləri;
- logistika xidmətləri;
- telekommunikasiya və rabitə xidmətləri;
- poçt və kuryer fəaliyyəti.
3. Sosial sahə üzrə:
- sosial xidmətlərin göstərilməsi;
- fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.
4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
- topdan və pərakəndə ticarət;
- ictimai iaşə;
- yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
5.Turizm sahəsi üzrə:
- mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri
- göstərən müəssisələr;
- turagentliklərinin və turoperatorların fəaliyyəti.