Azərbaycanda bu peyvəndin vurulduğu şəxslər COVİD-ə yoluxmayıb
Bunu Azia.az-a açıqlamasında COVİD-19 infekiyası üzrə konsultant psixiatr Aytən Namazova deyib.
O bildirib ki, vaksin xəstəliyin kliniki gedişatında ağrılaşmanın qarşısını alan əsas və vacib vasitədir:
"COVİD-in kiliniki əlamətlərinin ağırlığı rast gəlinən xəstələrin az bir faizi 1-ci doza peyvənd olunub, ara verib 2-ci doza olunmayanlar, daha az faizində isə hər iki doza "Sinovac" peyvəndi olunanlardır. Hansı ki, bu xəstələrdə peyvənd müddəti artıq 6 ayını keçib və həmin bu xəstələrdə xəstəliyin kliniki əlamətləri daha yüngül müşahidə edilir, demək olar ki, kliniki gedişatında ağırlaşma nəzərə çarpmır.
Onuda qeyd etmək istəyirəm ki, bu müddət ərzində xəstələr arasında kliniki müşahidəmizdə "Pfizer" peyvəndi olunub, virusa yoxluxan şəxs müşahidə edilmədi. COVİD-19 əleyhinə istifadə edilən peyvənd (vaksin) tək COVİD-19 infeksiyasına yoluxmanın qarşısını almaq demək deyil, eyni zamanda xəstəliyin kliniki gedişatında ağrılaşmanın qarşısını alan əsas və vacib vasitədir. Bu baxımdan sağlamlığmızın qeydinə qalaraq özümüzü və yaxınlarımızı qorumaq məqsədilə peyvənd olunamağımız zəruridir.
Psixiatrik müalicə olunan pasiyentlərimizdən gələn çox saylı sualları nəzərə alaraq bildirmək istəyirəm ki, kliniki təcrübədə psixiatrik problemi olan xəstələrdə peyvəndin hər hansısa ağırlaşma yaratması və yaxud əks göstərişin olması müşahidə edilməyib".