Bu tibb işçilərinin maaşı bu tarixə kimi artırıldı - Rəsmi
Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.
Azia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliklə COVİD-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti sentyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət avqustun 1-də başa çatıb.