Ölümcül xəstəliklə bağlı XƏBƏRDARLIQ: Gözlərdə ləkələr və şiddətli baş ağrısı...
Baş ağrısının müxtəlif səbəbləri ola bilər və beyin xərçəngi bunlardan biridir.
Azia.az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədəki "Cancer Research" mərkəzinin mütəxəssisləri bununla bağlı apardıqları araşdırmanın nəticəsini açıqlayıblar.
Ürək bulanması ilə müşayiət olunan baş ağrısı:
Beyin xərçəngində baş ağrısı tez-tez ürək bulanması ilə müşayiət olunur.
Ani baş ağrısı:
Şiddətli baş ağrısı bir mütəxəssisə müraciət etmək üçün yaxşı bir səbəbdir. Xüsusən əvvəllər belə bir ağrı keçirməmisinizsə...
Gecə baş ağrısı:
Gecə baş ağrısı sizi oyadırsa, bu da həkimə müraciət etmək üçün bir səbəbdir.
Görmə dəyişiklikləri ilə müşayiət olunan baş ağrısı:
Gözlərdəki ləkələr də beyin xəstəliklərinə işarə ola bilər. Belə bir problemi görsəniz, bir mütəxəssislə məsləhətləşməyin vaxtı gəlib.
Zamanla baş ağrısının kəskinləşməsi:
Zamanla ağırlaşan davamlı baş ağrıları da beyin xərçənginin əlaməti ola bilər.
Mütəxəssislər beyin xərçəngi inkişafı dövründə yaddaş problemləri və danışma pozuqluqları meydana gələ biləcəyini də xəbərdar ediblər. (publika.az)