azia.az
azia.az

Döş qəfəsi ostexondrozu – Niyə təhlükəlidir?

28-11-2020, 04:40


Döş qəfəsinin ostexondrozu onurğanın sinə hissədə fəqərələrin degenerativ zədələnməsi və dəyişikliyidir.
Döş qəfəsi ostexondrozu – Niyə təhlükəlidir?
Müalicə olunmasa bu növ ostexondroz ürək, mədə, mədəaltı vəz kimi orqanların işini çətinləşdirir, ürəkdə aritmiya, taxikardiya, daha sonradan infarkt belə baş verir.

Ona görə bu növ ostexondrozu vaxtında aşkarlayıb müalicə etmək lazımdır.

Döş qəfəsində ostexondroz yalnız bir səbəbdən yaranır: fəqərələrarası disklər lazımı qədər qanla təchiz olunmur, dəş qəfəsində qan dövranı pozulub.

Bu daha çox kök, artıq çəkili insanlarda, skoliozu olanlarda, oturaq işdə çalışanlarda, yataq xəstələrində, bəzi xroniki xəstəliyi olanlarda, az gəzən insanlarda, əzələləri işləməyən şəxslərdə baş verir.


Fəqərələrarası disklər sanki quruyur, çatlayır və nüvəsi diskdən kənara çıxır, bununla da onurğa beyni və ordan çıxan sinir kökləri zədələnir. Bu da bel və bütün döş qəfəsində ağrılara səbəb olur.

Sübut olunub ki, siqaret çəkən, D vitamini, kalsium defisiti olan insanlarda da döş qəfəsi ostexondrozu yaranır.

Simptomlar:

- Küt ağrı
- Ürəkdə sancı
- Sanki nəfəs çatmama
- Pilləkən qalxanda ağırlıq, təngnəfəslik
- Kürəyin, qolların keyiməsi
- Əyilib qalxanda ağrı
- Mədə ilə bağlı gəyirmə, qıcqırma
- Ürəklə bağlı döyüntü, çırpınma

Diaqnozu nevroloq və terapevt birlikdə qoyur. Onurğanın rentgeni və ya MRT-si çəkilir.

Qanda D vitamini, kalsium, natriy, maqniy yoxlanılır.

Müalicə üçün əvvəl fizioterapiya, idman, gimnastika, qida menyusu, iltihab və ağrı əleyhinə mazlar, dərman, iynə, maqnitterapiya, iynəterapiya


Ostexondroqun diaqnostikası, fizioterapevtik malicəsi üçün
MEDİ PLUS klinikasına müraciət edə bilərsiniz

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi