azia.az
azia.az

Sağ böyründə ağrı varsa – Nəyin əlamətidir?

5-03-2019, 00:28

Sağ böyründə ağrı varsa – Nəyin əlamətidir?
İnsanlar adətən ya sol, ya sağ tərəfdə kəskin, tutmaşəkilli ağrı, sancıdan şikayətlənir. Ağrının lokalizasiyasına görə, kəskin və xroniki patologiyaların təxmini bilmək olur.

Adətən daha çox sağ tərəf ağrıyır. Çünki o hissədə vacib daxili orqanlar daha çoxdur.
Medicina.az xəbər verir ki, sağ böyürdə ağrı ağciyərlərdən tutmuş qaraciyər və böyrəkdən qaynaqlana bilər.

Eləcə də sağda ağrı nazik və yoğun bağırsağın iltihabı, öd kisəsi və yollarının iltihabı prosesi olan xolessistitin əlamətidir.
Bu ağrılarla həkimə getdikdə həkim əli ilə palpasiya edərək ağrının konkret nöqtəsini bilmək istəyəcək. Çünki ağrının qarının yuxarı və aşağıda olmasından asılı olaraq problem dəyişir.

-Əgər ağrı qarın və yuxarı hissədədirsə, mədə, qaraciyər, 12 barmaq bağırsaq, ağciyər və hətta miokard infarktının tipik olmayan yerləşməsindən şübhələnmək lazımdır.
-Əgər ağrı qarının ortasında, böyürdən ortaya doğru yayılırsa, nazik və yoğun bağırsaq, sidik sistemi, xroniki appendisitdən şübhə olur.
-Əgər ağrı qasığa yaxındırsa o zaman yırtıq, sidik kisəsi və yolları xəstəliyi, yoğun bağırsaq yoxlanılır.

-Əgər ağrı düz böyürdən belə doğru yayılırsa o zaman böyrəklərdə narahatlıq var.
-Hazırda sağ tərəfdə kəskin ağrılar daha çox qaraciyər hepatitlərində özünü göstərir. Hepatit varsa, yanaşı olaraq sarılıq, halsızlıq, zəifləmə, arıqlama, həzmdə problem də olur.

-Öd kisəsi kolikləri öddən kiçik daş və çöküntünün öd yollarına düşməsindən də qaynaqlanır
-Bağırsaq xəstəlikləri və iltihabı zamanı ağrı sağ qabırğaaltından başlayır, aşağıya doğru yayılır. Yanaşı olaraq qusma, ürəkbulanma, köp, titrətmə ola biər.
-Qasıq yırtığı zamanı ağrı ayağa vurur, ağır əşya qaldırdıqda, pilləkən çıxıb-düşdükdə kəskinləşir.
-Böyrək ağrıları tutma şəkili olur, belə vurur. Xəstədə ürəkbulanma, qusma, sidikdə çətinlik, gözaltı torbalar, qaralma, baş ağrısı müşahidə olunur.

İstənilən halda, sağ böyürdə ağrılar daimi hal alıbsa və sizi narahat edirsə, terapevt müayinəsi, sidik və qan analizi, eləcə də bir USM müayinəsi ilə hər şey öz yerini alacaq və ağrının mənbəyi tapılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi