azia.az
azia.az

ÜST rəhbəri özünü təcridetmə rejiminə keçdi

2-11-2020, 11:00


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə əlaqədən sonra özünü təcrid edib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın başçısı özünün "Twitter"dəki səhifəsində bildirib.

"Müəyyən edilib ki, mən testi (koronavirus - red) müsbət çıxan kiminləsə əlaqədə olmuşam. Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcridetmə şəraitində evdən işləməli olacam", - ÜST rəhbəri yazıb.

O həmçinin koronavirusun yayılmasına əks təsir üzrə bütün tələbləri dəqiq şəkildə yerinə yetirmək zərurətini qeyd edib.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 46 milyondan çox insan yoluxub, 1,19 milyondan çox insan COVID-19-dan ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi