azia.az
azia.az

"həci" sevgilisi olan ƏMƏKDAR artist görün kimdir?-MEYXANAÇI CAVAB VERDİ

7-11-2023, 18:24

Azia.az meyxanaçı Vüqar Əbdülovun Lent.az-a müsahibəsini təqdim edir:

 

- Vüqar, nədənsə bir az gərgin görünürsünüz... 

 

- Neçə vaxtdır jurnalistlərdən qaçırdım.

 

- Niyə?

 

- Çünki dediyin söz qalır kənarda, reytinq xətrinə elə şeylər çıxarıb yazırlar, mat qalırsan. Təki gündəm olsun deyə çox çılpaqlaşdırırlar. 

 

- Bunu bəzən sənətçilərin özləri də istəyirlər. Gündəmə gəlmək üçün çılpaqlaşanlar da az deyil.

 

- Elə adam var üzü ilə astarı birdir, söz götürür, mən götürə bilmirəm. Adam var az qala tualetə girəndə də çəkib paylaşsın. Nə yeyir, nə içir onu göstərir. Bəlkə yemək tapmayanlar var, dərdi-səri olanlar var. Son dəfə 4-5 il əvvəl vermişəm müsahibə. O gün yazıblar ki, Vüqar həbs oluna bilər. Qonşumun qızı göstərib anama, yazıq qadın qorxusundan dəli olub. Yığıb məni ki, nə eləmisən? Sən demə radara düşmüşəm, adımda cərimə yığılıb. Ona görə özüm də ehtiyat edirəm. Qarşımdakının da mənimlə ehtiyatla davranlmasını istəyirəm.

 

- Bu qədər konservativ düşüncələrlə tanınmış sima olmaq, üstəlik də şou biznesin içində olmaq çətin deyil?

 

- Çox çətindi. 30 ildir bu yolu gəlirəm, sənət adamları arasından çoxlu dostlarım var. Fikir verirəm ki, çoxu efirə çıxıb başqa adam olur, həyatda başqa. Mən evdə anamı, yoldaşımı başa sala bilmirəm ki, bu dost dediyim adam ekranda gördüyünüz adam deyil. Məsələn Elza Seyidcahan. Evimizə gəlib-gedib, ailəmin içinə buraxmışam. Bu günlərdə yumub gözünü, açıb ağzını, nə gəldi deyib mənim haqqımda. Mən ona heç reaksiya vermədim.

 

- Amma bir dəfə efirdə demişdiniz...

 

- Hə. “Xəzər” TV-də verilişdə idik. Bilmirəm hansı proqram idi. Reklam fasiləsində çəkdim kənara, dedim ki, sən bu şeirləri efirdə demə. Çılpaq sözlərlə şeirlər yazırsan, onu götürüb parodiya edirlər, gülünc vəziyyətə salırlar, sən gül kimi bəstəkarsan, gözəl mahnıların var. “Toy adamla”, “Ağ çiçəyim”,  “Sənsiz bu gecə” kimi gözəl mahnıları var. O vaxt bir sevgilisi var idi. Hacı. Qaydalar qoymuşdu. Ona yaxın getmək olmazdı əl-ələ tutmaq olmaz, toxunmaq olmaz. Özünü hacıxanım kimi aparırdı. Təklif elədim ki, ortaq klip çəkdirək, dedi Hacı qoymur. Adamdan ayrıldı, Hacıxanım başladı belə şeirlər yazmağa. O proqramda da dostluğumuz vardı deyə mən ona ərk edib belə dedim. Mənə bir dost kimi ona belə lağlağı ilə yanaşılması ləzzət eləmirdi. Bığ şeiri, nə bilim “tikim sizin ağzınızı” və s.

 

- İndi necə, davam edir dostluğunuz?

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi