azia.az
azia.az

Jan Perən ermənilərin İÇ ÜZÜNÜ AÇDI: "O dəhşəti mən gördüm, eşitdim" - MÜSAHİBƏ

1-11-2020, 11:33


Beynəlxalq Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə Füzuliyə yollanmışdıq. Ermənistan Silahlı Qüvvələri durmadan yerli əhaliyə, bizə atəş açırdı".

Bu sözləri Publika.az-a Fansanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən deyib. Jan həmçinin Azərbaycanın Dostları Assosiasiyasının fəxri prezidentidir.

-Cənab Perən, Azərbaycanda fəaliyyət göstərdiyiniz dövr ölkəmizin ən ağır illərinə təsadüf edib.

-Müstəqil Azərbaycanın ilk illərində ölkənizdə yaşayıb, Fransanın səfiri vəzifəsində çalışmışam. 1994-cü il idi. Xalqınız Qarabağ müharibəsinin ən acı günlərini yaşayırdı. Dinc insanlar yurd-yuvalarından silah gücünə qovulub, ətraf ərazilərdə məskunlaşırdılar. BMT-nin hər 4 qətnaməsi qəbul olunmuşdu. Təşkilatın bir sıra rəsmisi ilə Qarabağa yollandıq. Ermənistan ordusu Füzulini, Cəbrayılı və digər rayonları durmadan atəşə tuturdu. O dəhşəti mən gördüm, eşitdim. Təsəvvür edin, BMT-nin Azərbaycana məxsus torpaqları işğaldan azad etməsi üçün qəbul edilən qətnamələri hazırlayıb, münaqişə zonasına gəlib, bir yandan da təcavüzkar erməni ordusu Qarabağı atəşə tutur.

-Cənab Perən, əminəm ki, məlumatınız var. Güclü ordumuz Cənab Prezidentimizin rəhbərliyi altında Füzulini, Cəbrayılı və bir sıra digər doğma bölgələrimizi artıq düşmən işğalından təmizləyib.

-Bu məni çox sevindirir. Çünki yandırılan evlərin, məhv olan talelərin, vəhşicəsinə qətlə yetirilən uşaqların, qadın və qocaların canlı şahidiyəm. Təəssüf edirəm ki, bu gün də ermənilər döyüş bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərə atəş açıb, eyni acını yaşadırlar. Qarabağ həqiqətlərindən tarixi faktlar əsasında yazdığım məqaləni Fransanın bütün dövlət qurumlarına yollamışam. Bu yazım bir neçə nüfuzlu jurnallarda da nəşr olunub. Toponimə diqqət edin "qara", "bağ" söz birləşməsi necə ermənilərə məxsus ola bilər?! Ermənilər Dağlıq Qarabağ ərazisində məskunlaşmış digər azsaylı xalqlardan biri olublar. Şuşa Qarabağın gözüdür. Azərbaycanın mədəniyyət mərkəzidir. Məqaləmdə bütün vacib məqamlara toxunmuşam. Məsələn, 1978-ci ildə ermənilər "Mardakert" yəni Ağdərə ərazisində bu torpaqlara köç etməklərinin 150 illiyi şərəfinə abidə ucaldırlar. 10 il sonra həmin abidə elə erməni separatçıları tərəfindən dağıdılır ki, tarixi fakt yer üzündən silinsin.

-Bilirik ki, bu qəbildən olan faktlar minlərlədir. Sadəcə məkrli erməni propaqandası Fransa kimi müdrik insanlar yaşayan ölkəni öz yalanlarına inandırmağa nail olur...

-Ermənilər Fransada toplu şəkildə məskunlaşıblar. Səsvermə hüquqları var. Hakimiyyətin ehtiyatlı davranışının da əsas səbəbi budur. Avropada o cümlədən Fransanın cənub ərazilərində kütləvi nümayişlərə çıxırlar. Elə ötən günlərdə küçələrə axışıb, saatlarla aqressiv nümayiş keçirdəndən sonra türkləri davaya təşviq ediblər. Çox saylı türk yaralı vardı. Yəqin mediadan da izlədiniz.

-Təəssüf ki...

-Bu cəhət ermənilərin genetikasıdır. Ən çox zərər verdikləri xalq isə azərbaycanlılardır. 30 ildir ki, BMT-nin qətnamələrini toz basıb. Sanki tarix donub. Sevindirici haldır ki, bir zamanlar mərhum Prezidentiniz cənab Heydər Əliyevin xalqı üçün nigaranlığına səbəb olan qlobal kədər bu gün layiqli övladı İlham Əliyevin uğurlu siyasəti nəticəsində sevincə dönür. Xalqınıza uğurlar arzulayıram. Gözəl günlər sizinlə olsun.

Leyla Sarabi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi