azia.az
azia.az

Azərbaycan gənclərini dünyaya tanıdacaq peşəkarlar ...

16-04-2025, 09:45

 

 Aprel ayının 15- də Amay Ticarət  Mərkəzində, Ayla Mais (Azerbaijan Model Schoolun təlimçisi, modellik üzrə xoreoqraf),

Kamal Müşviq  (Azerbaijan Model Schoolun təlimçisi, rejissyor),

Canana Legend (CL Media Groupun rəhbəri) və Faiq Nağıyev (FS Film Companinin təsisçisi, rejissyor), Miss Azerbaijan 2024, Miss Global Azerbaijan 2024-2025 Dəniz İsmiyevanın münsifliyi ilə gənclər arasında "Bir zövq layihəsi" üzrə kastinq keçirildi. 

Gələcəkdə planlaşdırılacaq "Bir zövq realiti şou" layihəsində

həftədə bir dəfə televiziyada canlı efirdə seçilmiş iştirakçılar böyük hədiyyə uğrunda mübarizə aparacaqlar. 

Sözügedən mübarizədə iştirakçıarının zövqü, qaməti, yerişi, xarici görünüşü, təqdimatı, komandada işləmək və ünsiyyət qurmaq bacarığı münsiflər heyyəti tərəfindən müzakirə olunaraq qiymətləndiriləcək.

İştirakçilar hər həftə yeni tələbə uyğun olaraq, tamaşaçılara və münsiflərə yeni obraz təqdim etməlidirlər. 

Hər iştirakçı, ayrıca dəvət olunan modelyer, dizayner, vizajist ilə birlikdə komanda yaradaraq, xüsusi obrazlar üzərində çalışacaqlar.

"Bir zövq layihəsi"- dəb, gözəllik və tərz layihəsidir.

Özünə və zövqünə güvənən hər kəs layihədə iştirak etmək üçün dəvətlidir. 

Kastinglər və qeydiyyat ödənişsiz həyata keçirilir.

    Ayla xanım kastinqlərin davamlı olacağını və digər layihələrlə müqayisədə növbəti seçimlərə daha çox münsif heyyətinin cəlb ediləcəyi, eyni zamanda bu tədbirlərə maksimum dərəcədə ciddi hazırlaşacaqlarını vurğuladı. Xanım xoreoqraf növbəti layihələrə istedadlı gəncləri dəvət edərək,  müsbət rəy əldə edənləri peşəkar  incəsənət aləminin tanınmış şəxslərindən dərslər alaraq, dünya podiumlarına çıxış imkanlarını xüsusi ilə qeyd etdi. 

DİQQƏT: VİDEO BU LİNKDƏDİR

   Tanınmış müğənni Canana xanım kastinq nəticələrinin yekun hesabatını ümumi seçimlərin sonunda açıqlayacağını və növbəti   istedalı gənclərin axtarışlarının davamı olacağını söylədi.

     Miss Azərbaycan 2024, Miss Global Azerbaijan 2024-2025 Dəniz İsmiyeva kastingin yüksək səviyyədə keçirildiyini və peşəkarların iştirakçılara obyektiv, real yanaşmalarını qeyd etdi. Xatırladaq ki, aprel ayının 12- də uşaqlar arasında keçirilən bu tip kastinq yarışması da ölkədə xüsusi maraqla qarşılanmışdır. 

İstedadlı gənclərin üzə çıxmasında əməyi olan kollektivə növbəti layihələrində uğurlar diləyir, sədalarının dünyanın ən uca məkanlarından eşitmək arzusu ilə xüsusi təbrikimizi yetiririk.


Aynur Nurlu



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi