azia.az
azia.az

Ədəbiyyat İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

14-03-2024, 13:53


 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi imzalayıblar.

Müqavilənin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı faydalı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, İraq-Türkman ədəbiyyatının tədqiqi və nəşri istiqamətində birgə fəaliyyət üçün yeni imkanların yaradılması olub.

Müqavilə çərçivəsində tərəflər birgə elmi tədqiqatların aparılması, birgə elmi və praktiki tədbirlərin təşkili və nəşr işlərinin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

Daha sonra Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi İraq-Türkman mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə akademik İsa Həbibbəyliyə Kərkük Kültür Dərnəyinin “Hizmet Fermanı”nı təqdim edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi