Mədəniyyət idarəsində qalmaqal - Əməkdaşlar müdirdən şikayətçidirlər
“27-il iş stajı olan bir işçiyəm. Dəfələlə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbəri Ağaəli Cəlilov tərəfindən təhqir olunmuşam. O məni kollektivin içində açıq-aşkar təhqir edib, “dəli” damğası vurub. Üstəlik işdən qovub”.
Bu sözləri HİT.az-a şikayət edən Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rüstəmov Rəşad Əsgər oğlu səsləndirib.
“Mərkəzin direktoru tərəfindən kobudluğa məruz qalmışam. Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Ağaəli Cəlilov Mədəniyyət Mərkəzində qruplaşma yaradıb. 26 aprel 2023-cü il tarixdə Akademik Zərifə xanim Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Gözündən nur verən həkim” adlı anım tədbirini hazırlamışdım. Həmin gün tədbir çox yüksək səviyyədə keçmişdi. Amma rəis Aqaəli Cəlilov yoldaş tamaşa zalına gec gəlməsini, zalda oturan tamaşaçıların gözləməsini, tədbirin başlama vaxtından 4 dəqiqə keçməsinə məhəl qoymadığını və vaxt intervalını pozduğunu nəzərə almadan “onu gözləmədiyim üçün” məni təhqir edərək tədbirdən 2 gün sonra, 29 aprel 2023 cü il tarixdə mədəniyyət işçilərinin seminar müşavirəsində mənim şəxsimi aşağılayaraq kobudluq etmiş idarənin məsul işçiləri, musiqi məktəbləri, klub, kitabxana rəhbərləri və işçilərinin içərisində “tərbiyəsiz adam” adlandıraraq təhqir etmiş, onun gəldiyi vaxt ayağa duramadığım üçün “ailə tərbiyyəsi görməyən işçi" kimi nəlayiq sözlərlə təhqir etmişdir. Tədbirin vaxtından 4 dəqiqə keçsə də, “tez başlamısan, məni gözləməmisən" deyərək özü zaldakı tamaşaçılara hörmət etmədən bunu mənə irad bilərək öz fikirlərini kobudcasına səsləndirmişdir. Halbuki tədbir böyük insan Zərifə xanım Əliyevanın anım gününə həsr olunur və 4-5 gün öncədən başda Ağaəli Cəlilov olmaqla gün və saatı hərkəsə deyilmişdi”, deyə şikayətçi qeyd edib. “Ağaəli Cəlilov məni dəli adlandırıb və rəis səlahiyyətlərini icra edən məmur kimi işdən çıxma ərizəsi yazmağa məcbur edib. Ərizənin alınmasına səbəb mənim əlavə iş yerimin olması əsas gətirilib. Onu da qeyd etmək istəyirəm ki, mən 3 cü dərəcəli əliləm. Onu da qeyd edim ki, Ağaəli Cəlilov məni 100-lərlə mədəniyyət işçisinin içərisində dəli adlandırdığı üçün həkimə müraciət etdim. Tam sağlam olduğum haqda tibbi sənəd almışam. Qeyd edim ki, iclasdan sonra səhhətimdə ciddi narahatlıqlar olmasına baxmayaq, 2 gün ərzində, 3 may tarixində Mədəniyyət Mərkəzinə işə gəldim və tabelə qol çəkmək istədiyimdə mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Məlahət Musayeva kobud şəkildə mənim tabelə qol çəkməyə ixtiyarımın olmadığımı, işdən çıxma xitamım verilənə qədər işə gəlməyə hüququmun olmadığını bildirdi və bu qərarın Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən A.Cəlilovun qəti əmri olduğunu dedi, deyə o bildirib.
Məsələ ilə bağlı Ağaəli Cəlilovla əlaqə saxlamaq istəsək də, o cavab vermək istəmədiyini bildirdi.
Qeyd edək ki, bu Ağaəli Cəlilov barəsində ilk şikayət deyil vəonun məsələsi hazırda nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən araşdırılır.
Murad Nurəli