azia.az
azia.az

Muğam və cazı bir araya gətirən, musiqisi dünyanı dolaşan Azərbaycan cazının banisi Vaqif Mustafazadə...

22-03-2023, 13:10



Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və oranı 1963-cü ildə bitirib. Bu dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın "Prelyüd və Fuqa"larını, V.A.Motsartın sonatalarını böyük ustalıqla ifa edirdi. 


 Anası Zivər Əliyeva- Üzeyir Hacıbəyovun şagirdi, Azərbaycanın ilk qadın pianoçularından biri idi. Atası Əziz isə hərbi həkim olmuşdur.
1963-cü ildə Asəf Zeynallı adına Bakı musiqi Texnikumunu bitirib. Daha sonra kiçik konsertlərlə özünü tanıdır.
1965-ci ildə Tiflisə köçür, "Orero" musiqi ansamblına rəhbərlik edir. 1966-cı ildə Tallində keçirilən festivalda Gürcüstanı təmsil edir. Orada Vaqif dünyanın məşhur cazmenlerini heyran edir və dünyada tanınmağa başlayır.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülərək Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı adını alıb. Bu ad da SSRİ-də bir caz ifaçısına ilk dəfə verilir.

Onun musiqisini muğama xəyanət kimi qiymətləndirirlər. Saçına, imicinə görə hətta onu efirə buraxmırlar. 1979-cu ildə Azərbaycan televiziyasının «Məktəblilərin musiqi klubu» verilişində «Caz və Azərbaycan muğamları» mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib. 29 yaşında sənətkar infarkt keçirir, 39 yaşında səhnədə ürəyi dayanır. 

Müəllif: Rəşad Şirinov




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi