azia.az
azia.az

Həyat yoldaşını hamıdan gizlədi, anasının ölümünə səbəb oldu, oteldə huşsuz tapıldı

29-11-2021, 08:52

Azia.az Kulis.az-a istinadən məşhur aktyor Səyavuş Şəfiyev haqqında 10 maraqlı faktl təqdim edir.

Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, günlərin birində Moskvaya gəzməyə gedən Səyavuş gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.
Həyat yoldaşını hamıdan gizlədi, anasının ölümünə səbəb oldu, oteldə huşsuz tapıldı
***

Dəvət olunduğu "Koroğlu" filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov "Əhməd haradadır?" filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını da gözləyir. O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir və məşhurluq qazanır.


Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz..." deyib iti zəncirə salır. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".

***

O, öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada, keçmiş SSRİ-nin məkanının kumirlərindən birinə çevrilib. Onu bir dəfə görmək üçün saatlarla keçəcəyi küçədə dayanıb gözləyənlər olub. Bacıları xatırlayırlar ki, evlərində telefonun dəstəyi yerə dəyməzdi, bəzən Səyavuş özü də bezib telefona gəlməzmiş.



"Uşaqlığın son gecəsi" filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnədə rejissor nə qədər çalışsa da, Səyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar.

***

Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Anasından qorxduğundan gəlini nənəsinin yanında saxlayır, bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gətirir ki, gizli ailə qurulmaz. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar. Onların bir qızı da dünyaya gəlir.



Bir müddət sonra əməkdar artist adını alır, amma mənzili olmur. Hökumətə müraciət edir, ona evi mikrorayonda panel binada verirlər. Səyavuş inciyib evdən imtina edərək deyir: "Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram".

***

Oğlunun sındığını görən anası Südabə xanım çox narahatlıq keçirir və 1970-ci il noyabrın 25-də insult keçirib beyninə qan sızması ilə dünyasını dəyişir. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və içindən gələn bir duyğu ilə "mən də belə öləcəm" deyir.

Ailəsini də götürüb gedir. Moskva sirk birliyinin baş rejissoru işləməyə başlayır. Rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində gecəni mehmanxanada qalırlar, sabahkı çıxış vaxtı səhər hamı məşqə gəlir, Səyavuş Şəfiyev yox. Çox məsuliyyətli adam olduğundan, həmişə hamıdan tez məşqə gəldiyindən yoldaşları təəccüblənirlər. Qaldığı otağın qapısını açanda onu döşəmənin üzərində huşsuz vəziyyətdə tapılar.

Həyat yoldaşını hamıdan gizlədi, anasının ölümünə səbəb oldu, oteldə huşsuz tapıldı

Aktyor insult keçirir, beyninə qan sızır. Moskvada yaşayan bir qrup azərbaycanlı ziyalı, o cümlədən Rüstəm İbrahimbəyovun, Polad Bülbüloğlunun köməkliyi ilə Səyavuşun xanımı Lyubanı Fransaya göndərə bilirlər. Sonra da Səyavuş Şəfiyev Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Bakıya gətirmək istəyirlər, Səyavuş Şəfiyev əl işarəsi ilə bu vəziyyətdə Bakıya getmək istəmədiyini başa salır. Doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, illər öncə anasını itirdiyi həmin gün ikinci insult onun əzablarına son qoyur. Vəsiyyətinə uyğun olaraq Səyavuş Şəfiyev Bakıya gətirilib burada torpağa tapşırılır.

***

Amerikada yaşayan qızı ana olmağa hazırlaşdığından həkimlər ona təyyarəyə minməyə icazə vermirlər. O, atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları yazıb göndərə bilir. "Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi