Dəvənin içdiyi su hara gedir? - Maraqlı fakt
Dəvələr olduqca maraqlı xüsusiyyətə malik heyvanlardır.
Onları digər canlılardan fərqli edən xüsusiyyətdən biri də su ehtiyatı ilə bağlıdır.
Xəbər verilir ki,yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvlər günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin yaşaması üçün hörgüçlərindəki yağı sərf edir. Hörgüçlərdə yağ azalarkən onlar yana əyilir.
Dəvə su içdikdən sonra həmin suyun hara getdiyi heç marağınızı çəkibmi?
Bu videoda suyun ağızdan qida borusu vasitəsilə mədəyə qədər olan yolu və eyni zamanda mayenin orqanizmdə necə paylandığını göstərilir. Dəvənin hürgücündə su deyil, piy toplanır; bu da heyvana səhranın sərt şəraitində uzun müddət sağ qalmağa kömək edir.
Hazırladı: Nigar