azia.az
azia.az

Bal, yoxsa şəkər? - Hansının daha faydalı olduğu açıqlandı

Bu gün, 21:03

Gündəlik qidalanmada tez-tez istifadə etdiyimiz bal və şəkər arasında hansı daha yaxşı seçimdir? Bu sualın cavabı ilə bağlı fərqli fikirlər olsa da, hər iki məhsulun tərkibində şəkər var.

 

Bildirilir ki, balın tərkibində təbii şəkərlərlə yanaşı müxtəlif faydalı komponentlər də mövcuddur. Süfrə şəkəri əsasən qlükoza və fruktozadan ibarətdir, balda isə müxtəlif şəkərlərlə yanaşı karbohidrat və liflər də mövcuddur.

 

Balın üstünlüklərindən biri isə onun təbii məhsul olması və təbii balda konservant və əlavə maddələrin olmamasıdır. Buna görə şəkər əvəzinə çayda baldan istifadə daha məntiqli seçim ola bilər.

 

Şəkər və bal arasında seçim etmək lazım gəldikdə bal daha üstün alternativ hesab edilə bilər. Bununla belə, hər iki məhsul yüksək kalorilidir və həddindən artıq istifadəsi məqsədəuyğun deyil.

 

Əminə Bayramova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi