azia.az
azia.az

Müharibədə üzləri tanınmaz hala düşmüş əsgərlərin həyatlarını bəzəyən qadın - FOTOLAR

7-12-2022, 09:33

Dəhşətli müharibə olan Birinci Dünya Müharibəsi qlobal miqyasda qalıcı izlər buraxıb. Bu çətin dövrlərin təsiri ilə insanlar da pis və ya yaxşılıqlarını göstərmək şansı əldə ediblər. Öz yaxşı tərəfini göstərməyi bacaranlardan biri də 1917-ci ildə həyat yoldaşı ilə birlikdə Fransaya köçən amerikalı heykəltəraş Anna Koulman Uotts Ladddir.

Birinci Dünya Müharibəsindən sonra Fransada ağır yaralanan əsgərlərə maskalar hazırlayaraq onlara kömək edən “Tin Burunlar Dükanı”nın sahibi Frensis Dervent Vudla görüşən Ladd bu ideyadan təsirlənir və öz mağazasını açmağa qərar verir.
 

Onun gözəl sənətkarlığı bir çox əsgərin həyatını dəyişib.
 

Anna Coleman Watts Ladd öz işi ilə bir çox insanın həyatını dəyişdirən bir heykəltəraş idi.
 

O, 1917-ci ilin sonlarına doğru müharibədə ağır yaralanan əsgərlər üçün maskalar hazırlayan Frensis Dervent Vuddan ilham alıb.
 

Bundan sonra o, “Portret maskaları üçün studiya” adlı şəxsi mağazasını açıb, burada üzləri deformasiyaya uğramış əsgərlər üçün maskalar hazırlayıb.
 

Bu dövrdə müharibə yaralıları insanların xarici görünüşlərinə qarşı ön yarğılı olduğu üçün psixoloji gərginlik altında idi.
 

Bu adamlardan bəziləri o qədər ağır yaralanmışdı ki, üzləri demək olar ki, tanınmaz halda idi.
 

Bu insanlar "müharibə qurbanlarının ən faciəlisi" adlandırılırdl, çünki bir çoxları ömürlük insanlardan təcrid olunmağa məhkum idi.
 

Ladd isə üstün bacarığından istifadə edərək bu vəziyyətdə bir çoxunu xilas edib.
 

Bu xeyirxah işi şərəfləndirmək üçün 1932-ci ildə Fransa hökuməti Laddı Şərəf Alayının cəngavərləri elan edib. Sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi