azia.az
azia.az

Bu kənddə oruc müddəti cəmi 3,5 saatdır

12-06-2016, 05:00

Bu kənddə oruc müddəti cəmi 3,5 saatdır Müsəlman dünyası müqəddəs Ramazan ayını yaşayır.
Gün.Az islam.az-a istinadən xəbər verir ki, on bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib.

Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq dinin önəmli şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir.

Belə ki, təqvimə əsasən, bu müddət 17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil.

Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir.

Məsələn, İsveçin Kiruna, Norveçin Tromso, İslandiyanın paytaxtı Reykravikdə 22, Stokholm, Oslo, Kopenhagen, Helsinkidə 20 saat.

Ən qısa oruc müddəti isə Omandakı Vekan adlı kiçik bir kənddədir. 2 min metr hündürlükdə yerləşən bu kəndin ətrafı hündür dağlarla əhatəlidir. Bu kənddə Günəş 11:00-da çıxır, 14:30-da batır.

Müsəlmanların ən qısa oruc tutduqları yerlərdən biri də Argentinadadır. Uşuaia şəhərində orucun müddəti 9 saat 7 dəqiqədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi