Bəstəkarın fəaliyyəti qadağan edildi - Şok səbəb
Azia.az xəbər verir ki, bu barədə musiqiçi özü məlumat yayıb.
İranlı bəstəkar Əli Qəmsərinin musiqi fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Fəaliyyətinin qadağan edilməsinə səbəb konsert zamanı qadın ifaçı Halə Seyfizadənin mahnı ifa etməsi olub. O bu barədə hökmün şifahi şəkildə ona bildirildiyini, yaxın zamanda qərarın Mədəniyyət Nazirliyinin musiqi şöbəsinə də göndəriləcəyinə şübhə etmədiyini bildirib.
Qeyd edək ki, Əli Qəmsərinin Tehranın “Vəhdət” musiqi sarayında konserti zamanı qadın müğənni Halə Seyfizadə mahnı ifa etmişdi. Bu zaman salonun bütün səs sistemləri söndürülsə də, müğənnilər səs sistemi olmadan öz ifalarına davam etmişdilər.
Xatırladaq ki, İranda qadınların ifası hökumət tərəfindən qadağan edilib. Buna görə də dəfələrlə mədəni tədbirlər “qadın səsinin açıq-aşkar eşidilməsi” bəhanəsi ilə dayandırılıb.