azia.az
azia.az

Çayı qaynar içənlərə XƏBƏRDARLIQ

7-01-2019, 16:21

Çayı qaynar içənlərə XƏBƏRDARLIQ



Azia.az bildirir ki, çinli alimlərin gəldiyi nəticə Annals of Internal Medicine jurnalında dərc olunub. Qaynar çay təhlükəli xəstəliyin yaranmasına səbəb ola bilər, içki içən və siqaret çəkənlərdə bu vərdiş xüsusi təhlükəlidir.



Tibb işçiləri 9 il ərzində 30-79 yaş arası 456 min insanın səhhətinə və qida-qəbulu vərdişini izləyiblər. Bu müddət ərzində onlarda 1731 qida borusu xərçəngi aşkarlanıb.

Alimlər müəyyən ediblər ki, belə onkologiya qaynar çaydan əlavə mütəmadi azı 15 qram içki içənlərdə 5 dəfə, siqaret çəkənlərdə isə 2 dəfə artıq görünüb.

Araşdırma müəllifləri hesab edir ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər daxili orqanlara termik travmalar vurur, bu da onkoloji xəstəliklər rsiqini artırır. Buna görə, onlar qaynar çay içənlərə, xüsusən də eyni anda içki və ya siqaret çəkilirsə, xəbərdarlıq ediblər.

Qeyd edək ki, bundan əvvəl alkoqol istifadəsinin bağırsaq, süd vəzi, qida borusu, qırtlaq, qaraciyər, ağız boşluğu və udlaq xərçəngi risqini artırdığı barədə ÜST hesabat yaymışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi