azia.az
azia.az

Çaxır içki siyahısından çıxarıldı, qida oldu

21-03-2017, 19:04

Çaxır içki siyahısından çıxarıldı, qida oldu


Qeyri-adi addım Moldovada atılıb

Moldova spirtli içki sayılan çaxırla bağlı qeyri-adi addım atıb. İstiPress-in NTV-yə istinadla verdiyi məlumata görə, bu içki spirtli içkilərin siyahısından çıxarılıb və qida məhsulu elan edilib. Parlamentin qərarından sonra bu məhsulun reklamına və gecə olmadan satışına olan məhdudiyyət də aradan qaldırılacaq.

Düzəlişə görə, indi Moldavada çaxır üzümün qıcqırdılması nəticəsində əldə edilən içki deyil, qida məhsuludur.

Layihənin müəllifi, deputat İvan Balanın sözlərinə görə, dəyişikliyin məqsədi Rusiyaya çaxır qadağasından sonra əziyyət çəkən yerli üzümçülük müəssisələrini dəstəkləməkdir. Deputat əmindir ki, keyfiyyətli çaxırdan diqqətlə istifadə son zamanlar daha sərt içkilərə üstünlük verən ölkə vətəndaşlarına ancaq fayda gətirə bilər.

Deputatın bu təklifinə qarşı çıxanlar da olub. Onun bəzi həmkarları düşünürlər ki, çaxırdan istifadəni qanuniləşdirmək spirti içki içənlərin sayını artıracaq. Onlar həmçinin ölkənin son bir neçə ildə Ümümdünya Səhiyyə Təşkilatının tərtib etdiyi ən çox içki içən ölkələr siyahısına başçılıq etdiyini də xatırladıblar.

Bu gün Moldavada televiziya və radio da spirtli içkilərin reklamı qadağandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi