Burdurda taksidə qətlə yetirilən 24 yaşlı Azərbaycanlı qızla bağlı yeni məlumat
Azia.AZ xəbər verir ki, Qənirə Cabbarovanın hansı səbəbdən öldürülməsi barədə ətraflı məlumat verilməsə də ilkin ehtimala görə qət qisqanclıq zəminində törədilib.
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib. Meyit hələ yaxınlarına qaytarılmayıb.
Qeyd edək ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. İddiaya görə, taksidə Halil.A. adlı şəxs 24 yaşlı Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan Halil.A saxlanılaraq məhkəməyə gətirilib.