azia.az
azia.az

Qənirə Paşayeva Obama ilə görüşdü

2-07-2016, 02:41

Qənirə Paşayeva Obama ilə görüşdü Millət vəkili Qənirə Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri M.T. Abena Ondoa nee Obama ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə Xocalı soyqırımından danışıb. Q. Paşayeva Azərbaycanın Kamerun ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağına inandığını deyib. Görüş zamanı millət vəkili Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Q. Paşayeva kamerunlu nazirə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi