Seksual zorakılıq törədən gəncə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Emin Hacıyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E.Hacıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Hacıyev Ə.F.-ya qarşı seksual xarakterli hərəkətlər edib. O, Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə ittiham olunub.