azia.az
azia.az

Əflatun Amaşov: "Böhtandır, iftiradır..."

2-12-2018, 22:54

Əflatun Amaşov: "Böhtandır, iftiradır..."
Sosial şəbəkədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edən Azərbaycanın nümayəndə heyyətinin tərkibində olan Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı təxribat xarakterli foto yayılıb.

Paylaşmada bildirilir ki, yayılmış fotoda guya Azərbaycanın bayrağı masa üzərinə düzgün qoyulmayıb və Şuranın sədri buna biganə qalıb.

Mətbuat Şurasının sədri bu təxribatı tədbirdə çəkilmiş gerçək fotoları təqdim edərək ifşa edib.
Əflatun Amaşov: "Böhtandır, iftiradır..."
Moderator.az Mətbuat Şurasının sədri Əflatun Amamşovun "Facebook" üzərindən paylaşdığı statusu təqdim edir:
Əflatun Amaşov: "Böhtandır, iftiradır..."
Özünü "Irəvan TV" adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və onu düzəltməmişəm. Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm. Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (My Webpagehttp://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!
Əflatun Amaşov: "Böhtandır, iftiradır..."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi