azia.az
azia.az

Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

29-10-2018, 12:08


Cari ilin noyabr ayının 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaqdır. Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir.

Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək



Məlum üçün qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində da 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılmışdır. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir.Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir.Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edir.
Biznes Forum “Hyatt Regency” otelinin “Quba” zalında keçiriləcək. Sizi həmin forumu işıqlandırmağa dəvət edirik və məlumatı nəzərə almağınızı xahiş edirik. Təşkilatın yüksək keyfiyyətli loqotipləri məktuba əlavə olunub.

Vüsal Əzizov
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası
Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi