azia.az
azia.az

MƏMUR QIZINA 100 minlərlə dəyərdə ölçülən toy ELƏDİ

Bu gün, 16:04

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin  Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Ağarza Elçinoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi