Biləsuvar vətəndaşlarının məşəqqət dünyası
Biləsuvar vətəndaşlarının məşəqqət dünyası
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunmaqdadır. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.
İcrasına 2011-ci ilin sentyabrında başlanmış "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən Biləsuvar şəhərinə içməli su hazırda inşa edilən Şirvan-Muğan qrup su kəmərindən veriləcək. Şirvan-Muğan qrup su kəməri istismara verilənədək Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri tam başa çatdırılacaq. Biləsuvar şəhərinin fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarı tikilir. Layihəyə uyğun olaraq inşası nəzərdə tutulan 54,8 km magistral su xəttinin 30,3 km-lik hissəsi çəkilmişdir. Şəhərin içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 km olan şəhərdaxili su şəbəkəsinin 106 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilmişdir.
Layihəyə əsasən Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə inşa olunan 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilmiş, 76,8 km kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihəyə əsasən, Biləsuvar şəhərində toplanacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.
Ürəklərə sərinləşdirici təsir gücünə malik yuxarıdakı məlumat Biləsuvarlıların məşəqqətinə çevriləcəyini əvvəlcədən müəyyən etmək əsla mümkün deyildi. Adından göründüyü kimi bu layihələr əhalinin social-rifah halının yaxşılaşdırılmasına hesablanmış inkişaf proqramlarıdır.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Quliyev Mahir Hacı oğlu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Mahir müəllim RİHB təyin edildikdən sonara "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi", Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və s. kimi irimiqyaslı layihələrin icrasına start verilməsi əhalidə ruh yüksəklikliyi yaratsa da, sonradan başa verənlər bu layiuhələrin əhalinin məşəqqətinə çevrilməsinə səbəb olmuşdur.
İcrasına 2011-ci ilin sentyabrında başlanmış "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nin icra müddəti 22 ay olmuşdur. Artıq beş ildir ki, işlər yekunlaşmır. Qışda lehməsi, yayda toz-torpağı ilə vətəndaşlara əzb-əziyyət verən Biləsuvar Rayon İcra Hakimiyyəti bütün hesabatlarında tərəqqidən inkişafdan danışırlar.
Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2013-cü il tarixli Sərəncamına əsasən "Biləsuvar şəhərində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.”
Pul ayrıldı, təmir başladı. Hələdə davam edir. Və davam edəcək. Yoxsa hesabat iclaslarında nədən danışacaqlar?
Möhtərəm Prezidentimiz tərəfindən əhalinin sosil rifah halının yaxşılaşdırılmasına hesablanmış layihələri, kabinetlərində bəh-bəhlə Ulu öndərin və İlham Əliyev cənablarinin portretlərini asıb, vətəndaşların məşəqqətinə çevirənlərin əsil məqsədi çox müəmmalıdır.
Yuxarıda qeyd edilənlərlə bağlı araşdırmalarımız davam edir. Biləsuvar rayonunda cərəyan edən hüquqpozmalar haqqında növbəti yazımızda oxuya bilərsiniz.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
“Xəbərfakt.Az”