azia.az
azia.az

COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək - Konqo Prezidenti

13-11-2024, 09:24

COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb, bütün dünya səviyyəsində yeni ideyaları ətraflı müzakirə edəcəyik.

Bu barədə COP29-un Mavi Zonasında Konqo Milli pavilyonunda çıxış edən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso deyib.

Konqonun hər bir şəhərini yaşıl şəhərə çevriləcəyinin planlaşdırıldığını diqqətə çatdıran Prezident, bu məqsədlə minlərlə ağacın əkildiyini deyib.

"Bütün hakimiyyət orqanlarına müəyyən direktivlər göndərmişəm ki, bütün əhali, xalqımız bu əkilmiş ağacların qorunmasını diqqətdə saxlasın. Gənclərin bu məsələni nəzərdə saxlaması daha çox məqsədə uyğundur. Brazavildə və digər şəhərlərdə bu istiqamətdə, xüsusilə ölkədə meşəsalmalara həsr olunmuş müxtəlif konfranslar və tədbirlər təşkil etmişik.

Hazırda COP29 çərçivəsində biz bir sıra böyük tədbirlər təşkil edirik ki, Afrikanın 15 ölkəsi, həmçinin Karib ölkələri ilə birgə çalışacağıq ki, təbii ehtiyatlar yaşıllaşmanın inkişaf etdirilməsinə həsr olunsun və hər bir ölkənin ÜDM-nə daxil edilsin. Noyabrın 13-də COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb bütün bu məsələləri ətraflı müzakirə edəcəyik.

Burada biz dünya səviyyəsində yeni ideyaları müzakirə edəcəyik. Bu isə təbii zənginliklər ölkənin ÜDM-nin dəyəri kimi qeydə alınsın", - deyə Konqo Prezidenti bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.


Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi