azia.az
azia.az

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib

13-06-2016, 18:43

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib Millət vəkili Qənirə Paşayeva Polşada Ümumdünya Qadın Sammitində iştirak edib.

Lent.az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva dünyanın hər yerindən gəlmiş Sammit iştirakçılarına köçkün qadınlarla bağlı çağırış edib.

Millət vəkili BMT qətnamələrinin yerinə yetirilməməsi nəticəsində doğma yurdlarından köçkün düşmüş azərbaycanlı qadınların da taleyindən söz açıb.

Azərbaycan dövləti tərəfindən köçkünlərlə bağlı həyata keçirilən geniş layihələr barədə danışan Q.Paşayeva Sammit iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı kitablar, materiallar və rəhbərlik etdiyi Avrasiya Beyn'lxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da sammit iştirakçılarına hədiyyə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi