Xilas edərkən faciəli şəkildə ölən qəhrəman polisin görüntüsü yayıldı-FOTO
Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
Xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.