azia.az
azia.az

Qax Rayon İcra Hakimiyyətinin 722 minlik tenderi 10 manatlıq şirkət uddu

Bu gün, 10:06

Qax Rayon İcra Hakimiyyəti şəhər küçələrində yol və səkilərin əsaslı təmiri işləri üzrə keçirdiyi tender müsabiqəsinə yekun vurub.

32gun.az-ın məlumatına görə, 722.695,84 AZN dəyərindəki iri satınalma müqaviləsinin "VNM İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması gözlənilir. Qalib gələn şirkətlə bağlı diqqətçəkən Məqam isə Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində qeydiyyatda olan, Vüqar Nağıyevin rəhbərlik etdiyi "VNM İNŞAAT" MMC-nin cəmi 10 manat nizamnamə kapitalı ilə 13 mart 2023-cü il tarixində dövlət qeydiyyatına alınmasıdır.

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi