Medvedyev onu təhqir etdi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev növbəti dəfə xarici dövlət rəhbərinə qarşı diplomatik çərçivələri aşan ifadələr işlədib. Bu dəfə onun hədəfində Finlandiya prezidenti Aleksandr Stubb olub.
Musavat.com bildirir ki, Medvedyev Stubbun Rusiya ərazisinə zərbələrlə bağlı açıqlamalarına son dərəcə sərt və təhqiramiz şəkildə reaksiya verib.
“Finlandiya prezidenti, doğrudan da, əsl “debildir”. O, ‘Wildberries’in obyektlərinə zərbələr vasitəsilə Rusiyanın məğlubiyyətindən danışır. Peşəkarlıq səviyyəsi plintusdan da aşağıdır. Mənəvi şikəst və axmaqdır. Yeri gəlmişkən, Finlandiyanın xarici işlər naziri işləyəndə də belə idi”, – Dmitri Medvedyev deyib.
Bundan əvvəl Aleksandr Stubb Rusiyanın anbar və logistika infrastrukturuna endirilən zərbələrin Moskvanı sülh danışıqlarına sövq edə biləcəyini bildirib.
Finlandiya prezidenti həmçinin Qərb ölkələrini Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməyə, o cümlədən Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq imkanları yaratmağa çağırıb.
Stubbun məhz bu fikirləri Medvedyevin kəskin reaksiyasına səbəb olub.