azia.az
azia.az

Gözəlləşən qəbələ- Zibillik içində batan Nic qəsəbəsi- Fotolar

17-07-2017, 11:14

Gözəlləşən qəbələ- Zibillik içində batan Nic qəsəbəsi- Fotolar

Qəbələ rayonunun Nic qəsəbəsi Azərbaycanın bir nömrəli talirantlıq mərkəzi hesab oluna bilər. Çünki burada Azəri türkləri, azsaylı Udin milləti, ləzgi və digər azsaylı millətlərin nümayəndələri yaşayırlar. Bu qəsəbədə ayrı-ayrı dini inanclar və dinlər mövcuddur. Burada məscid və kilsələr fəaliyyət göstərməkdədir. Qəsəbənin mərkəzində çox saylı iaşə obyektləri vardır. Lakin qəsəbənin mərkəzində antisanitariya pik həddə çatır.
Nic qəsəbəsindəki "Zibil poliqonu"

azia.az-ın Qəbələ regional bürosunun verdiyi məlumata görə, qəsəbənin mərkəzində yeməkxana və aptekin 5-10 metrliyində, bələdiyyə rəhbərinin dili ilə desək "zibil poliqonu" həftələrlə yığılıb qaldığından üfunət iyi kənardan adamı bihuş edir. Yay fəslində üfunət iyindən bu ərazidə nəfəs almaq mümkün olmur.

Ərazinin mərkəzindəki porsuq yuvasını xatırladan qaranlıq və alçaq sanitariya qovşağı isə bərbad vəziyyəti ilə sakinlərə və bura tez-tez təşrif buyuran qonaqlara yeni bir epidemiya bəxş edəcəyinə heç şübhə yoxdur.
Mərkəzdə sovet ordusunun faşizm üzərində qələbə uğrunda canlarından keçmiş əsgərlərin xatirəsinə inşa edilmiş abidə isə öz bərbad halı ilə sanki qəsəbə rəhbərliyindən imdad diləyir.
Hələ desəm ki, qəsəbənin xəstəxana binalarının 100% həyat üçün təhlükəliliyi, yarı uçmuş, dam örtükləri çökmüş və xəstəxanaya piyada yolunun düz üstündə olması bura gələnlərin həyatlarını risk altına alır. Bu barədə qəsəbə xəstəxanasının baş həkimi ilə görüşüb söhbətləşdik. Baş həkim mənə bildirdi ki, bu birbaşa FHN-nin öhtəliklərinə aid olduğundan biz və Qəbələ MRX-sı bu istiqamətdə heç bir iş görə bilmirik.
Nə isə... Nic qəsəbəsi haqqında giriş bu qədər yetər. Ancaq növbəti yazılarımızda qəsəbə daxilində rəhbərlik səviyyəsində "görülən" işlər haqqında daha dolğun məlumat verəcəyimizə əmin ola bilərsiniz.
Elnur Mahmudov
Qəbələ Regional Bürosunun Rəhbəri

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi