azia.az
azia.az

Ərdoğan İlham Əliyevə “Togg” verəcək

2-02-2023, 09:44

"Türkiyə istehsalı olan ikinci “Togg” elektromobili üçün dərhal İlham bəy növbəyə keçdi. Əliyev ikincini mənə verin dedi".

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

 

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib. Türkiyə Prezidenti isə ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısına verəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirərkən il ərzində 175 min avtomobil istehsal olunacağını bildirmişdi.

 

Xatırladaq ki, Türkiyənin ilk elektromobili olan “Togg”un satışı bu ilin fevral ayında başlayacaq. (Qafqzinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi