azia.az
azia.az

“Putin “taxıl anlaşmasından” çıxmaqla tərəfdaşı Ərdoğanı pis vəziyyətdə qoyub”

30-10-2022, 09:14

“Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “taxıl saziş"ində iştirakını dayandırdırdığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi yaydığı açıqlama bu qərarın Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücuma görə verildiyini bildirib. Bu, bəhanədir. Rusiya prezidenti Vladimir Putin “taxıl anlaşmasından” narazı qaldığını bir neçə dəfə səsləndirib. Kreml sahibi zorən imzaladığı anlaşmadan çıxmağa hazırlaşırdı. Onun sözlərinə, görə guya Ukrayna taxılı vəd verildiyi kimi ərzaq problemi olan üçüncü dövlətlərə deyil, Avropa ölkələrinə satılır. Putin Ukrayna taxılının hansı ölkələrə satılması prosesinə də nəzarət etmək istəyir”.

 

Xəbərə görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

 

“Putin “taxıl anlaşmasından” çıxmaqla tərəfdaşı Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı pis vəziyyətdə qoyub. Bu anlaşmanın imzalanması üçün Ərdoğan xeyli çalışıb və əldə edilən nəticəni öz xanasına yazıb. İndi isə haqqında uğur kimi danışdığı “taxıl anlaşması” tərəflərdən birinin qərarıyla ləğv edilir. Ərdoğan “taxıl anlaşması” pozulmasın deyə Moskva və Kiyevə zənglər etmək və tərəfləri yenidən razı salmaq məcburiyyətində qalacaq. Çətin prosesdir. Bir-biri ilə müharibə aparan və bir-birlərinin ərazilərini bombalayan iki dövlətin sülh olmadan “taxıl anlaşmasına” riayət edəcəyi problematikdir” – E.Şahinoğlu qeyd edib.

 

Kənan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi