Azərbaycan şəhidlərini anmağa hazırlaşır
Sabah, sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Xəbər verilir ki, Anım Günü ilə bağlı hazırlıqlara başlanılıb.
Belə ki, ölkə ərazisində keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektləri Azərbaycanın Dövlət Bayrağı ilə bəzədilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Azia.az Bakıda Anım Gününə hazırlıqlardan fotoreportajı təqdim edir.