Prezident məşhur generalı İŞDƏN ÇIXARDI - SƏRƏNCAM(FOTO)
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.![]()
Azia.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.
B.Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub.
![]()
Qeyd edək ki, Bəhruz Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.