azia.az
azia.az

DTX-nın əməliyyat keçirdiyi idarənin rəisi kimdir?

20-06-2022, 22:49

DTX-nın əməliyyat keçirdiyi idarənin rəisi kimdir?
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda genişmiqyaslı əməliyyat keçirdiyi və yüksək vəzifəli şəxslərin saxlanıldığı haqda məlumat yayılıb.

Azia.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata grə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu postlarında həyata keçirilib.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi vəzifəsinə bu ilin yanvar ayında Bəhruz Hüseyn oğlu Əsgərli təyin edilib. O, bu təyinata qədər “Abşeron” gömrük postunda rəsi müavini vəzifəsini tutub.

Dövlət Gömrük Komitəsi sədrinin eyni gündə verdiyi əmrlə Bakı Baş Gömrük İdarəsinin “Abşeron” Gömrük Postunun rəisi Muxtar Fazil oğlu Şükürov isə vəzifəsindən azad edilərək, Gömrük Komitəsi katibliyinin rəisi təyin edilib.

Onu da xatırladaq ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) də “İpək Yolu” gömrük postunda əməliyyat aparmış və orada inspektor işləyən Mirağa Ağayevi həbs etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi