azia.az
azia.az

Azərbaycan “Avroviziya -2022”nin finalında

13-05-2022, 07:28


İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Azərbaycan “Avroviziya -2022”nin finalında“Report” xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.

Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi