Ukrayna sülh, Putin isə qan tökməkdə israrlıdır.
Ukrayna sülh,Putin isə qan tökməkdə israrlıdır.
Bu gün Türkiyə respublikasının Antaliya şəhərində Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitro Kuleba və Sergey Lavrov arasında keçirilən görüşü aşagıdakı başlıqlar altında ümumiləşdirə bilərik.
1-Rusiya Ukraynadakı işgalçılıq siyasətini davam etdirməkdə israrlıdır.
2-Sanki S.Lavrov məcburiyyətdən Antaliyaya gəlmişdi.Və yaxud Rusiya prezidenti Lavrovu Kuleba ilə görüşə ona görə göndərmişdi ki,öz ultimativ siyasətini yenə də bəyan etsin.
3-Türkiyə xarici işlər naziri Mövlud Çavuşoglunun da iştirak etdiyi üçlü zirvədən çıxan ilkin nəticələr onu göstərir ki,Kreml Ukrayna böhranının siyasi və diplomatik həllinə nəinki qarşıdır,hətta onu baltalayır.
4-Ukrayna prezidenti V.Zelenski problemin həllini istəyir,Krım və Donbas mövzusunda müəyyən "güzəştlər"-ə hazırdır.Hətta Zelenski birbaşa Putinlə görüşməyə hazırdır.Putin isə bir halda ukraynalı həmkarı ilə görüşə hazırdır ki,o,təslimçilik müqaviləsinə imza atsın.
S.Lavrovun dediklərindən belə çıxır ki,Mariupoldakı dogum evinin vurulmasının əsas səbəbi guya oradakı radikal benderlərin "Azov"qrupunun varlıgı olub.Bu,birmənalı olaraq lavrovsayagı həyasızlıqdır.Hər halda,xəstəxananın vurulmasından sonra ölən və yaralananların sivillər oldugu məlum olub.
Digər bir maraqlı məqam isə budur ki,Rusiya hələ də israrla ABŞ və Qərb ölkələrinin Ukrayna ərazisində bialoji labaratoriyalarının oldugunu bəyan edir.Əlbəttə,bu,olduqca agır ittihamdır,ancaq Rusiya bu iddiasını sübut edəcək dəlilləri ortaya qoymaqdan yayınır.
Ən acınacaqlı məsələ isə budur ki,Rusiya hələ də humanitar koridor üçün atəşkəs rejimini ciddi qəbul etmir.Halbuki,Mariupol,Odessa kimi şəhərlərdən dinc əhalinin təxliyəsi üçün atəşkəsə ehtiyac var.Ruslar isə həmişə oldugu kimi,bu gün imzaladıgı müqaviləni qısa bir müddət sonra heç nə olmamış kimi pozurlar.Bu,tipik rus dövlətinin xislətidir.
Bundan başqa,Rusiya Ukraynadakı AES-ləri ələ keçirərək bu ölkəni daha çökdürmək istəyir.Rusiya Çernobıl və Zaparojyedəki AES-lərdən sonra gözünü indi də Xmelnitiski,daha sonra isə Rivnedəki AES-i ələ keçirməyə dikib.Görünür,Putin Ukraynanın bütün infrastrukturunu məhv etməkdə israrlıdır
Əl qərəz,yaxın günlərdə Putin Ukraynaya hücumlarının şiddətini daha da artıracaq və bu,eyni zamanda xeyli sayda sivilin ölməsi deməkdir.
İndi ən vacib hədəf maksimum sivillərin Ukraynadan təxliyə edilməsidir.
Nüvə silahından istifadəyə gəldikdə isə,Lavrovun dediyindən belə hasil oldu ki,bu,olduqca təhlükəlidir və nüvə sözünü daha çox dilinə dolayan Qərb ölkələridir.Ancaq Qərbdən Rusiyaya qarşı hər hansı nüvə təhlükəsinin olacagı təqdirdə,Kreml buna qarşı öz cavab haqqından istifadə edəcək.Hərçənd,biz bilirik ki,ilk dəfə nüvə məsələsini səsləndirən ötən həftə Lavrovun şefi Putin idi.
Kamal Aliyev, politoloq