azia.az
azia.az

SÜLHÜN ŞƏRTLƏRİ AÇIQLANDI

19-12-2021, 11:34

SÜLHÜN ŞƏRTLƏRİ AÇIQLANDI
SÜLHÜN ŞƏRTLƏRİ AÇIQLANDI
Sülh sazişinin imzalanması haqda danışmaq asandır, indi gündəmdə olan mövzudur deyə, bu xüsusda xeyli mövqelər dərc edilir. Reallıq isə təəssüf ki, o adamların yazdıqları kimi deyil! Tezliklə belə bir sazişin imzalanacağı haqda danışanların optimizmi sevindirir, amma…Ermənistanda da bu barədə çox danışılır-həm Paşinyan tərəfdarlar, həm onun əleyhdarları saziş haqda öz mənafelərinə uyğun şərhlər verirlər.

Bəs, sülhü şərtləndirən nələr var? İki ölkə rəhbərliyinin artan təmasları, intensivləşən görüşləri, işçi qruplarının yaradılması haqda razılaşmalar ümid verir, amma qarşıda hələ uzun bir yol olduğunu bilməyimizdə də fayda var.

Sülh sazişi sadə bir sənəd deyil, üstəlik ortada tarixi bir düşmənçilik, Xocalı soyqırımı, son 30 illik erməni işğalı və 44 günlük Vətən müharibəsi varsa… Müəyyənləşməyən, həllini gözləyən o qədər məsələlər var ki, bunları oturub danışmaq, razılaşdırmaq uzun illəri apara bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası sözün özü qədər qəliz məsələdir. Rusiyanın təklif etdiyi xəritələr hələ tərəflərin onunla asanlıqla razılaşacağı anlamına gəlmir, millimetr söhbəti gedəcək bu məsələdə. Hələ Gürcüstanla da bu məsələdə razılıq bitməyib. Nazir müavinimiz Xələf Xələfovun az qala 20 illik fəaliyyəti ancaq bu sərhədlə bağlı komissiyada keçib, amma hələ də son nöqtəyə gəlib çatmayıblar. Əlbəttə Gürcüstanla Ermənistanı müqayisə etmək olmaz, Bakı və Tiflis bir-birinin ərazi bütövlüyünü tanıyıb. Amma Ermənistanla əsas şərtlər(sərhəd, dəhliz, kommunikasiyalar, Qarabağ) həll olunmadan sülh sazişi imzalana bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi