azia.az
azia.az

Keçmiş polis əməkdaşı şəhidi və atasını təhqir etdi: DİN araşdırmalara başladı

18-08-2021, 15:15

Keçmiş polis əməkdaşı şəhidi və atasını təhqir etdi: DİN araşdırmalara başladı
Ucar rayonu Alpout kənd sakini şəhid Azad Cəlilovun atası keçmiş polis əməkdaşı Əliyev Rəşid Məhərrəm oğlu tərəfindən heç bir səbəb olmadan təhqir edilib.

Azia.az xəbər verir ki, bu barədə “oxu.az”a şəhidin atası Sabir Cəlilov məlumat verib.

O bildirib ki, R.Əliyev heç bir səbəb olmadan onu və şəhid oğlunun ruhunu təhqir edib:

“Buna görə bizim ailə çox narahatdır və intihar etmək həddindəyik. Qonşuluğumuzda yaşayan Əliyev Neman Məhərrəm oğlu iki ildir ki, bir neçə vətəndaşın evinə gedən su bərəsində bənd quraraq qanunsuz olaraq bağlayıb və istifadəmizə qadağa qoyub.

Şikayətimizdən sonra məsul vəzifəli şəxslərin göstərişi əsasında həmin su bərəsinin açılması üçün orada iş gedirdi.

Su bərəsini qanunsuz bağlayan şəxsin qardaşı Rəşid Əliyev qəsdən mübahisə yaratdı, məni və şəhid oğlumu təhqir etdi.

Mənim oğlum şəhid olub və dövlət onun adını əbədiləşdirib. Onu təhqir edən şəxs barədə qanunu tədbirlər görülməlidir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Ucar rayonu Alpout kənd sakini Sabir Cəlilovun müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələ hüquqi qiymət veriləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi