Qışda papaq taxmayan insanları hansı sağlamlıq problemləri gözləyə bilər?
Qış mövsümündə papaq taxmayan insanlar görmək olar. Belə insanlar kütlədən seçilir, çünki onlar büzüşmüş çəkildə sürətlə harasa tələsir.
Azia.az xəbər verir ki, papaq taxmamağın nə qədər təhlükəli olduğu haqda söhbət açağıq.
1.Meningit riski
Ehtimal var ki, papaq taxmamaq meningitlə nəticələnə bilənər. Lakin bu birbaşa sübut edilməyib.
Buna baxmayaraq, əgər imunitetiniz zəifdirsə, papaqsız yürüyüş sizə problem yarada bilər.
2.Bədənin hipotermiyası və nəticələri
Qışda papaqsız gəzmək bədənin hipotermiyası ilə nəticələnə bilər. Həmçinin soyuqda qulaqlar və dəri donur.
Qaymorit, otit, laringit və digər qulaq-boğaz xəstəliklərindən əziyyət çəkən insanlara papaqsız gəzmək qəti qadağandır. Soyuq imunitetin dözümlülüyünü aşağı salır.
Əgər qulaqlarınızı hiss etmirsinizsə və bədəndə ağrı yaranıbsa təcili özünüzü isti yerə çatdırlmalısınız.
Bu zaman aşağıda qeyd edilən tədbirlərə əl atmaq məsləhət görülmür:
-Dərini ovxalamaq. Nəticədə ağrı hissi güclənə bilər.
-Kompress qoymaq. Çünki bu yanıqla nəticələnə bilər.
-Bədənin donmuş hissələrini su ilə yumaq olmaz. Bu zaman damarlar spazm ola bilər.
-Donmuş yerlərə soyuq heç nə qoymaq lazımd deyil, çünki vəziyyət daha da ağırlaşa bilər.
3.Nə etmək lazımdır?
Bədənin donmuş hissələrinə Pantenol köpüyü sürmək, isti yorğana bürünmək, papaq taxmaq və bədənin qızmasını gözləmək.
Bu sadalananlar donvurmanın biricni mərhələsinə aiddir. Bu mərhələ qismən və ya tam hissiyyatın itirlməsi ilə müşahidə edilir. Daha ağır vəziyyətdə tez olaraq tibbi yardım almaq lazımdır.
4.Papaqsız gəzmək saçlara necə təsir edir?
Soyuq hava qanın dövriyyəsini və saç köklərinin qidalanmasını pisləşdirir. Bu səbəbdən saçlar qırılqan, nazik olur, yavaş uzanır. Bunun əksi olaraq, çox da soyuq olmayan hava şəraitində isti papaq taxmaq başda "parnik" effekti yaradır. Nəticədə başın dərisi sürətlə yağlanır, hətta kəpək peyda ola bilər.
5.Baş ağrısı
Şaxta zamanı papaqsız gəzmək baş ağrılarına, həmçinin miqrenə yol aça bilər. Mütəxəssislər hesab edir ki, bu zaman ağrı bir tərəfdən soyuğa, o biri tərəfdən istiyə məruz qalan damarlarda yaranır.