azia.az
azia.az

Korlar üçün “ağıllı” papaq yaradıldı

8-02-2016, 10:02

 Korlar üçün “ağıllı” papaq yaradıldı Almaniyanın Texnologiya İnstitutunun alimi Florian Braun görmə qabiliyyətini itirmiş insanlar üçün “Proximity Hat” adlanan baş geyimi yaradıb.
Bu yeniliyin sayəsində insanlar toxunma təsiri ilə lazımi istiqamətə doğru hərəkət edə biləcəklər.
Almaniyalı alim F.Braun korlar üçün yaratdığı ixtirasının üzərində bir neçə il çalışıb. “Proximity Hat” adlanan cihaz sonda olduqca böyük alınıb. Belə ki, cihazda insanın istiqamət alacağı maneə və məntəqəyə qədər olan məsafəni hər saniyə 50 dəfəyə yaxın ölçən ultrasəs modulları quraşdırılıb. Bununla belə, onun uzaqlığı bir neçə addımlıq hesablanıb.
Cihazın tərkibindəki sensor aparılan ölçülərin hesabına maneə aşkar olunduqda, başın həmin hissədə müəyyən tərəfinə bir balaca təzyiq edir. Beləliklə, əgər insan həmin obyektin yaxınlığındadırsa, həmin istiqamətdə yolunu davam etdirir və həmin hissədən başa olan təzyiq artaraq intensivləşir. Yəni bu cihaz onun daşıyıcısını ikinci gözlə təmin etmir, ona ancaq lazımi istiqaməti göstərir.
Alimlər isə artıq qeyd edib ki, bu baş geyimi olduqca rahatdır və insanın digər eşitmə və qoxu, iybilmə kimi hisslərinə təsiri yoxdur. Belə halda insanın əlləri tamamilə azad ola bilir. Bu isə o deməkdir ki, cihaz yalnız korlar üçün deyil, həmçinin binanın tüstüləməsi və ya axtarış-xilasetmə işləri zamanı xilasedicilər və yanğın söndürənlər üçün də faydalı ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi